Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəsul Çunayevin rütbəsi artırıldı - FOTO

Reklam: Sinerji Pro

Avropa oyunlarının qalibi, Avropa çempionu Rəsul Çunayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülüb.

Yenicag.az xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədə yazıb:

“Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi – 18-08-2018.

Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, – R.Çunayev yazıb.

Xatırladaq ki, Rəsul Çunayev 2015-ci ildə leytenant rütbəsi alıb.

www.yenicag.az

2146
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100