!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Robert Koçaryan Paşinyanın debat dəvətini buna görə RƏDD EDİB – Oğlu aydınlıq GƏTİRDİ

!Reklam – Yazi

“Ermənistanın ikinci prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanın müzakirə təklifini rədd edib”.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə müxalif “Hayastan” fraksiyasının deputatı, Koçaryanın oğlu Levon Koçaryan jurnalistlərlə söhbətində bildirib.

L. Koçaryanın sözlərinə görə, müzakirəyə qatılmaq, hər hansı bir məsələni şübhə altına almaq kimi görünə bilər:

“Paşinyanın səviyyəsinə uyğun gələn şəxs müzakirəyə dəvət edilsə belə, bu təkliflər rədd edilir. Çünki belə müzakirələr mövcud həqiqətləri mübahisələndirən bir görüntü yaradır”.

Xatırladaq ki, dekabrın 23-də Nikol Paşinyan özünün “Facebook” səhifəsində bildirib ki, 1994-cü ildən bəri danışıqlar prosesi Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına yönəlib. Bu bəyanatdan sonra Ermənistanın üç keçmiş prezidentinin ofisləri Paşinyanın sözlərini təkzib edərək, onları yalan adlandırıb. Paşinyan isə ardınca, üç keçmiş prezidenti ictimai müzakirəyə dəvət edib. Lakin hər üç tərəf bu təklifi rədd edib.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan isə dekabrın 24-də Nikol Paşinyanın Qarabağla bağlı bəyanatlarının həqiqətə uyğun olmadığını qeyd edib. Oskanyan xalqın aldadılmasına icazə verməyəcəyini bildirərək, Paşinyanı ictimai müzakirəyə çağırıb.

Levon Koçaryan Oskanyanın təklifini xatırladaraq bildirib ki, bu ən uyğun addım idi:

“Əgər Paşinyan öz səviyyəsinə uyğun hesab etmirdisə, xarici işlər naziri Ararat Mirzoyanı bu müzakirəyə göndərə bilərdi. Amma belə bir təklif qarşı tərəfdən qəbul edilmədi. Bu isə, hər şeyin nə qədər aydın olduğunu göstərir”.

Xatırladaq ki, müzakirələrdə iştirakdan imtina edən tərəflər Paşinyanın bəyanatlarının həqiqətə uyğun olmadığını və bu cür mövzuların ictimaiyyət qarşısında manipulyasiya edilməsinə qarşı olduqlarını bildiriblər.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv