Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Robert Prosineçki: “Mənim getməyimi istəyirsiz?”

Reklam: High Technic

DÇ-2018-in seçmə mərhələsində evdə Şimali İrlandiya yığmasına uduzan (0:1) millimizin baş məşqçisi Robert Prosineçki oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, xorvat mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

– Bu gün bir komanda oynadı, digəri qalib gəldi. Yəqin ki, siz də bununla razılaşarsız. Sona 1 dəqiqə qalmış qol buraxdıq. Rəqib güclü idi. Buna baxmayaraq, oyun zamanı 4 real qol fürsəti yaratdıq. Bu fürsətlərdən 2-ni qola çevirə bilsəydik, bu, son illərin ən güclü Azərbaycan millisi sayılacaqdı. Bu gün biz Norveç millisi ilə oyundakından da yaxşı çıxış etdik.

– Bu məğlubiyyət komandanı növbəti oyunlara kökləməyə nə qədər mane ola bilər?

– Millinin oyunçuları tətilə gedirlər. Bəzi oyunçular avrokuboklarda iştirak edəcəklər. Futbolda belə hallar olur. 70 faiz top bizdə idi. Fikrimcə, sentyabra kimi komanda özünə gələcək. Məncə, bu məğlubiyyət komandaya təsir etməyəcək.

– Bu gün millinin oyunundan razı qaldız?

– Bu gün mənim komandam demək olar, səhvsiz oynadı. Bir çox fürsətimiz oldu. Lakin dəyərləndirə bilmədik. Namiqin yerdə qaldığı epizodda hakim cərimə vermədi. Son dəqiqədə bir səhv buraxdıq, bununla da, məğlub olduq.

– Komanda qələbə üçün çalışsa da, Kamran Ağayev vaxt “öldürürdü”…

– 70-ci dəqiqədən sonra bizim iki yüzfaizli qol şansımız oldu.

– Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıqlara başlayacaqsız…

– Bu suala cavab vermək istəmirəm.

– Xahiş edirəm, dəqiq cavab verin…

– Siz mənim getməyimi istəyirsiz? Mənim ilin sonuna qədər müqaviləm var.

– “Valensiya”dan gələn təklifi niyə qəbul etmədiz?

– Ora getməyimi istəyirsiz? (gülür). Bu barədə sizə niyə məlumat verməliyəm?

– Biz bilmək istəyirik ki, siz dekabra kimi yığmada qalacaqsız, yoxsa yox?

– Bu barədə AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nə isə deyə bilərəm.

– Azarkeşlərə demək istədiyiniz nə isə var?

– Onlara təşəkkür edirəm. Bu gün Azərbaycan millisinin oyunçuları var qüvvəsi ilə “vuruşdu”. Onlar öz bacarıqlarını tam ortaya qoydular. Yəqin, bununla razı olarsız.

– Bu gün Riçard Almeyda millidə debüt etdi. Onun bugünkü oyununu necə dəyərləndirirsiz? Almeydanın simasında axtardığınız oyunçunu tapdız?

– Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların çoxunu tanıyır. 6 ildi eyni oyunçularla çıxış edir. Məncə, demək olar, o, azərbaycanlıdı. Onun uyğunlaşması ilə bağlı heç bir problemi yoxdu. Bəli, demək olar ki, mən onun simasında axtardığım oyunçunu tapmışam. Azərbaycandakı ən yaxşı legionerlərdən biridi. Məşqləriə baxanda, elə təəssürat yaranır ki, sanki cənubi amerikalı yox, avropalıdı.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

562
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100