Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ronaldo Çempionlar Liqasında: Onun ən çox qol vurduğu komandalar

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında vurduğu qolların sayını 105-ə çatdırıb.

Yenicag.az xəbər verir ki, portuqaliyalı hücumçu qolların 15-ni “Mançester Yunayted”in, qalanını isə “Real”ın heyətində vurub.

Maraq üçün bildirək ki, o, qollarının 72-ni sağ, 18-ni sol ayağı ilə, qalan 15-ni isə başla vurub. Cərimə meydançasında 62 qol vuran Ronaldo, 27 dəfə qapıçı meydançasında fərqlənib. 16 qolu isə uzaq məsafədən vurub. Portuqaliyalı ulduz 11 dəfə penaltidən, 12 dəfə də cərimə zərbəsindən vurduğu qollara sevinib.
“Real”ın forvardı birinci hissədə 47, ikinci hissədə isə 55 qol vurub. Onun vurduğu qollardan 3-ü əlavə vaxta təsadüf edib. Ev oyunlarında 56, səfər qarşılaşmalarında isə 49 qola imza atıb.

Hansı klublara vurub?

9 qol – “Bavariya”
7 qol – “Yuventus”, “Ayaks”, “Şalke”
6 qol – “Qalatasaray”, “Malmö”
5 qol – “Roma”, “Şaxtyor”
4 qol – “Atletiko”, “Borussiya” (Dortmund), “Lion”, “Marsel”
3 qol – “Volfsburq”, “Dinamo” Kiyev, “Kopenhagen”, “Sportinq”, SSKA
2 qol – APOEL, “Arsenal”, “Bazel”, “Ludoqorets”, “Mançester Yunayted”, “Milan”, “Tottenhem”, “Sürix”
1 qol – “İnter”, “Liverpul”, “Mançester Siti”, “Oser”, “Portu”, “Çelsi”

Ən çox hansı qapıçılara vurub?

9 qol – Noyer, Viland
7 qol – Buffon
6 qol – Muslera
5 qol – Pyatov, Vermeyer

Yenicag.az

www.yenicag.az

1280
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100