Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo ilə bağlı şok iddia yayılıb.
Yenicag.az xəbər verir ki, 34 yaşlı hücumçu Ketrin Maqorqa adlı xanıma qarşı təcavüzdə günahlandırılır.
Bildirilir ki, hadisə 2009-cu ildə Las-Veqasda baş verib.
Lakin Ronaldo sözügedən iddianı rədd edib. Ulduz futbolçunun sözlərinə görə, amerikalı qadın onun adından istifadə edərək məşhurlaşmaq istəyir:
“Bütün bunlar yalandır. Həmin qadın mənim adımdan istifadə edərək məşhur olmaq istəyir. Belə hallar mənim işimin bir hissəsidir”.
Qeyd edək ki, qadın təcavüz hadisəsindən sonra susması üçün Ronaldonun ona 375 min dollar pul verdiyini bildirib.