Röya: “Onlara yeni ad qoymuşam: “fındıqlar” “-Video

media-hightechnic-468x90

jnjjMüğənni Röya Ayxana Moskvada Azərbaycanın Alla Puqaçovası deyiblər.

Bu haqda sənətçi “Onlar” verilişinə açıqlamasında deyib. O, Kreml Sarayının direktorunun onu bu cür adlandırdığını bildirib:

“Konsertim möhtəşəm keçdi. Tədbir bitmişdi, amma mən 40 dəqiqə səhnədən enmədim, mahnılar oxudum. Kənan sarayın direktorunun otağına girib, görüb ki, orada bir Alla Puqaçovanın şəkli, bir də mənim konsertin afişası asılıb. Direktor məni görəndə dedi ki, sən Azərbaycanın Allasısan. Çox balacasan, amma gələcəkdə Alla kimi olacaqsan. Bunu heç vaxt düşünməmişdim. Biz Kreml Sarayında 2005-ci ildə olmuşuq. O əziyyət çəkən, çarıqları sənət yolunda cırıq-cırıq olan bu yolu keçib. Ondan sonra mən getdim, həmin sarayda oxudum. Amma məndən sonrakı gənclər inciməsin, etməyəcəklər”.

Röya ondan küsüb, arxasınca şayiələr yayan həmkarlarının cavabını verib:

“Burda söz çıxardılar ki, biletlər satılmayıb, qapını açıb, insanları içəri elə-belə keçiriblər. Bu sözləri Bakıdakı kişi sənətçiləri çıxarmışdı. Hansı ki, ad günlərinə çağırdılar getmədim. Onlara yeni ad qoymuşam: “fındıqlar”. Konfet-konfet hərəkətlər edirlər. Gedə bilməmişəm, bunu niyə dostluğa bağlayırlar?”.

Xatırladaq ki, Röya aprelin 18-də Moskvada Kreml Sarayında konsert vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600