Roza Zərgərli aparıcı olacaq

media-hightechnic-468x90

31f9d8640d1f7712c17e456a1bcf7ad3Müğənni Roza Zərgərli media nümayəndələrini və sənət yoldaşlarını bir araya yığaraq təqdimat keçirib. Tədbirin mahiyyətindən danışan müğənni özünü yeni ampluada sınayacağını deyib: “Yaxın günlərdə ATV-də “Bakı vaxtı ilə” verilişi ilə tamaşaçıların görüşünə gələcəm. Bu günə qədər tamaşaçılar məni rejissor, müğənni kimi tanıyırdılarsa, indi aparıcı kimi də tanıyacaqlar. Bu verilişdə Azərbaycan musiqi tarixinə düşmüş insanların həyatından danışılacaq, kulis arxası həyatları müzakirə ediləcək. Onların bilinməyən, gizli qalan tərəfləri tamaşaçılara təqdim olunacaq. Düşünürəm ki, veriliş Azərbaycanda səs-küyə səbəb olacaq”.

Qeyd edək ki, təqdimatda İlhamə Quliyeva, Niyammədin Musayev, Arif Quliyev, Firuzə İbadova, Cavan Zeynallı, Teymur Əmrah, Gülüstan Əliyeva və başqaları iştirak edirdi. (lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600