Rüfəti efirə BURAXMADILAR: “Dedim, vaxt olacaq, xahiş edəcəksən ki...”

media-hightechnic-468x90

 

“Dedim, vaxt olacaq, özün xahiş edəcəksən ki, mənim verilişimə gəl”.

Yenicag.az xəbər verir ki, bu sözləri meyxana ifaçısı Rüfət Nasosnu “Xəzər axşamı”nda deyib.

Sənətçi vaxtilə efirə çıxması üçün ondan pul istənildiyini bildirib:

“Müğənni var, qazanıb altına yığır, müğənni də var, işinə xərcləyir. Bir yerə qədər işləyirsən, sonra adın üçün işləyirsən, sonra adın sənə işləyir, yekunda da rahat qazanırsan. Bir dəfə efirə çıxmaq istəyirdim, dedilər, 600 manat verməlisən. Dedim, niyə verməliyəm, efirə çıxanlar məndən populyar deyil axı? Dedi, onlara icazə var. Dedim, vaxt olacaq, özün xahiş edəcəksən ki, mənim verilişimə gəl. Adam var, efirdən tanınır, adam da var, sosial şəbəkələrdən tanınıb, sonra efirə çıxır. Mən sosial şəbəkədən efirə gəlmişəm. İnsan, gərək, qarşısına məqsəd qoysun. Mən əlimdən gələni etmişəm”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600