Ankarada baş tutan üçtərəfli görüşdən sonra İran prezidenti Həsən Ruhani vacib məqamlarla bağlı açıqlama verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani ABŞ hökumətini terrorçulara dəstək verməkdə təqsirləndirib. O, regionun əsas problemi olan terrorizm bəlası ilə mübarizədə Türkiyə, Rusiya və İranın böyük rolu olduğunu söyləyərək, ABŞ-ın destruktiv mövqe tutduğunu qeyd edib:
“Bu terrorçular Suriya xalqına aid olan nefti satır, eyni zamanda ölkəyə məxsus olan dəyərli tarixi əsərləri bazara çıxarırlar. Bəzi dünya gücləri, başda Amerika olmaqla, İŞİD-in bölgəmizdə daimi mövcud olmasını istəyir”.
www.yenicag.az