Runi Tovuzda ilklərə imza atdı

media-hightechnic-468x90

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, debütantın ilk uğuru XXXIII tura təsadüf edib.

Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.

Bu görüşdə 3 qola imza atan Runi Eva da tarixə düşüb. O, “Turan Tovuz”un tarixində Premyer Liqada ilk het-trikin müəllifi olub.

Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə seviniblər.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında het-trik edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05