Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya ali məktəbində akademik Azad Mirzəcanzadənin adını daşıyacaq auditoriya yaradılacaq

Moskvada “Rusiya-Azərbaycan. Dünya neft sənayesinin inkişafı. Hadisələr və insanlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Yenicag.az-ın Moskva bürosunun məlumatına görə, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində keçirilən konfrans “Balaxanı-Qara şəhər” ilk neft kəmərinin istismara verilməsinin 140 illiyi və görkəmli alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunub.

Rusiyadakı Azərbaycan diasporu, Rusiya Dövlət Neft və Qaz Universiteti, Beynəlxalq Şuxov Fondu, Rusiya Milli Mühəndislər Palatası tərəfindən təşkil olunan konfransı Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov açaraq neft-qaz istehsalı sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlıqdan danışıb. Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri adlandıran rektor ali məktəbin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə sıx əməkdaşlıq etdiyini söyləyib: "Bizim
universitetdə ADNSU-nun məzunu olan bir çox alim fəaliyyət göstərir.

V.Martınov akademik A.Mirzəcanzadənin elmi irsinin neft-qaz sahəsində gənc kadrların yetişdirilməsindəki əhəmiyyətindən danışaraq, Rusiya Dövlət Neft və Qaz Universitetində məşhur alimin adını daşıyacaq auditoriyanın yaradılacağını söyləyib: “2019-cu ildə universitetimizdə neftçi-alim A.Mirzəcanzadənin adını daşıyacaq auditoriyanın yaradılmasını planlaşdırırıq. Düşünürəm ki, bu, gənc mütəxəssislərin neft və qaz elminin baniləri haqqında daha geniş biliklərə malik olmasına kömək edəcək”.

Konfransda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Vətən Müharibəsi illərində məhz Bakı neftinin cəbhəni yanacaqla təmin etdiyini vurğulayıb: “Bütün hərbi sərkərdələr, o cümlədən Georgi Jukov hər zaman xatırladıblar ki, Bakı nefti olmasa idi, müharibənin nə ilə bitəcəyi məlum deyildi. Səfirin sözlərinə görə, neft tariximizin görkəmli şəxsiyyətləri bizə qarşılıqlı fəaliyyətin, əməkdaşlığın nümunəsi olan bir platforma miras qoyublar: İncəsənət adamları kimi, neftçilər də siyasi şəraitdən asılı olmayaraq, əməkdaşlıq əlaqələrini hər zaman qoruyu saxlayırlar. Bu tribunadan dünya neft sənayesinə böyük töhfələr vermiş insanları xatırlamaq istərdim.

Görkəmli alim A.Mirzəcanzadə bu qəbildən olan şəxsiyyətlərdəndir. O, özündən sonra böyük elmi irs qoyub. Onun yetişdirdiyi mütəxəssislər hazırda neft-qaz sənayesində aparıcı mövqeləri tuturlar. Azərbaycanın ümummilli lideri Heydər Əliyev A.Mirzəcanzadə ilə şəxsən tanış idi və onun fəaliyyətini daim dəstəkləyirdi. “Biz, əlbəttə ki, Rusiya Dövlət Neft və Qaz Universitetinin auditoriyalarından birinə görkəmli alimin adının verilməsi ideyasını məmnuniyyətlə dəstəkləyirik. Düşünürəm ki, biz də öz tərəfimizdən A.Mirzəcanzadə adına təqaüd təsis edilməsi təşəbbüsünü irəli sürəcəyik”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki professor Fazil Qurbanov Azərbaycanda 1878-ci ildə Balaxanı və “Qara şəhər” neftayırma zavodları arasında çəkilmiş ilk boru kəmərinin tarixindən danışıb. Akademik A.Mirzəcanzadənin elmi fəaliyyətini yüksək qiymətləndirən F.Qurbanov bildirib ki, həm elmi yaradıcılıq, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında xidmətləri əvəzsiz olub: “O, 400-ə yaxın elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olub. Neft və
qazın çıxarılması proseslərinin optimallaşdırılması, dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması, tətbiq edilməsi və s. alimin başlıca elmi nailiyyətləri sırasındadır”.
Konransda Rusiya Milli Mühəndislər Palatasının prezidenti İqor Meşerinin, neft mühəndisi Georgi Yefimovun və İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin tanınmış elm adamlarının məruzələri dinlənilib.

Fərid Əkbərov
Moskva

www.yenicag.az

1110
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100