!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya ərazilərini Ukrayna hücumlarından qorumaq üçün bunu etməliyik” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Belqorod vilayəti və digər Ukrayna ilə sərhədyanı rayonlara düşmən hücumlarının qarşısını almaq üçün ərazi müdafiə bölmələri, mobil taktiki qruplar yaratmaq lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu rus mediasına açıqlamasında hərbi analitik, Hərbi Elmlər Akademiyasının baş elmi işçisi Vladimir Proxvalitov deyib. O, bildirib ki, ölkəmiz üçün ehtimal olunan hər hansı təhlükənin qarşısını vaxtında almaq üçün ordumuz Ukrayna ərazisinin 100 kilometr daxilinə qədər irəliləməli və orada kəşfiyyat işləri aparmalıdır:

“İlk olaraq FTX-nin rəhbərliyi ilə tamhüquqlu ərazi müdafiə birləşmələri yaratmaq lazımdır. Yəni sərhəd qoşunları və mobil, batalyon taktiki qrupları. FTX və Milli Qvardiyanın rəhbərliyi altında həmin birləşmələr daşınan zenit sistemləri, eləcə də atıcı silahlarla təchiz olunmalıdır. Yeni yaradılan hərbi birləşmələr arasında xüsusi təyinatlıların, tanklar, zirehli transportyorlar, aviasiya və artilleriyanın olması Rusiyanın Ukrayna ilə sərhəd rayonlarını qorumaq üçün vacib şərtlərdəndir. Belə olacağı halda təhlükə siqnalı işə düşən kimi dərhal hərbi qüvvələrimiz düşmənin fəaliyyət nöqtələrinə yola düşəcək. Nəticə etibarilə yaranan təhlükə yerindəcə zərərsizləşdiriləcək. Sadalanan nüanslar ardıcıl yerinə yetirilərsə, gələcəkdə yeni reallıqlar meydana gələcək”.

Nəsimi Ələsgərli

 

COP29

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv