Rusiya Prezidenti Vladimir Putin “Federal icra orqanlarının strukturu haqqında” fərman imzalayıb.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, hökumətin yeni tərkibi Baş Nazir və 9 müavindən ibarət olacaq. Bundan başqa, Şimali Qafqazin İşləri üzrə Nazirliyin funksiyalarını bundan sonra İqtisadi İnkişaf Nazirliyi icra edəcək.
Baş Nazir Mixail Mişustinin müavinləri:
Andrey Belousov – Baş Nazirin birinci müavini
Dmitri Qriqorenko – Baş Nazirin müavini, Hökumət aparatının rəhbəri
Viktoriya Abramçenko – Baş Nazirin müavini
Tatyana Qolikova – Baş Nazirin müavini
Yuri Borisov – Baş Nazirin müavini
Dmitri Çernışenko – Baş Nazirin müavini
Yuri Trutnev – Baş Nazirin müavini, Uzaq Şərq Federal Dairəsinin nümayəndəsi,
Aleksey Overçuk – Baş Nazirin müavini
Marat Xusnullin – Baş Nazirin müavini.
Nazirlər:
Sergey Şoyqu – Müdafiə naziri
Sergey Lavrov – Xarici İşlər naziri
Vladimir Kolokoltsev – Daxili İşlər naziri
Olqa Lyubimova – Mədəniyyət naziri
Aleksandr Novak – Energetika naziri
Yevgeni Ditrix – Nəqliyyat naziri
Denis Manturov – Sənaye və Ticarət naziri
Maqsud Şadayev – Rabitə naziri
Dmitri Kobılkin – Təbii Resurslar və Ekologiya naziri
Mixail Muraşko – Səhiyyə naziri
Dmitri Patruşev – Kənd Təsərrüfatı naziri
Vladimir Yakuşev – İnşaat, Mənzil və Kommunal Xidmətlər naziri
Yevgeni Ziniçev – Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin İdarə edilməsi naziri
Sergey Kravtsov – Təhsil naziri
Aleksandr Kozlov – Uzaq Şərq və Arktikanın inkişafı naziri
Oleq Matıtsın – İdman naziri
Anton Kotyakov – Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Maksim Reşetnikov – İqtisadi İnkişaf naziri
Konstantin Çuyçenko – Ədliyyə naziri
Anton Siluanov – Maliyyə naziri
Valeri Falkov – Elm və Ali təhsil naziri
www.yenicag.az