Rusiya İstintaq Komitəsi saxlanılan azərbaycanlılarla bağlı məlumat yaydı
İllər öncə törədilmiş qətllərdə şübhəli bilinən “cinayətkar qrupun üzvləri” saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, şübhəlilər əvvəlki illərdə törətdikləri cinayətlərə görə Yekaterinburqda saxlanılıblar. Müstəntiqlərin fikrincə, onlar 2001, 2010 və 2011-ci illərdə şəhərdə baş vermiş bir sıra qırğınlarda və sui-qəsd cəhdlərində iştirak ediblər: “İstintaqın məlumatına görə, etnik cinayətkar qrupun tərkibində olan müttəhimlər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər. Artıq bir neçə şübhəli etiraf edib və istintaqla əməkdaşlıq edir. Şəxslərin yaşadığı ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Cinayət işi üzrə sübutların toplanması və təmin edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxslərin digər cinayətlərdə də iştirakları yoxlanılır. Cinayət işinin istintaqı Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin rəhbərliyinin nəzarəti altındadır”.
Qeyd edək ki, dünən Yekaterinburqda hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, beş nəfər öldürülüb./unikal