Rusiya Krımı qumarxanaya çevirir
Rusiya hökuməti Krımda yeni kazinolar açmaq qərarına gəlib.
Bununla bağlı məsələ ilk dəfə Rusiya Baş nazirinin müavini Dmitri Kozakov tərəfindən gündəmə gətirilmişdi.
Bir müddət sonra isə Krım Nazirlər Şurasının sədri Sergey Aksenov bu ideyanı dəstələyən çıxış etmişdi.
Artıq Krım hökuməti regionda azart oyunlar məkanının yaradılması ilə bağlı plan hazırlayır. Oyun biznesinin nümayəndələri əmindirlər ki, bura ölkənin ən uğurlu məkanı olacaq.
Hələ dekabrın sonunda Rusiya Baş naziri Dmitri Medvedyev Soçidə yeni azart oyunlar məkanının yaradılmasını təklif etsə də, Putin onun bu təklifinə qarşı çıxmışdı(axar.az).