!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rusiya millisində dopinq şoku - Atası açıqladı

!Reklam – Yazi

Futbol üzrə Rusiya millisinin üzvü Denis Çerışevlə bağlı qalmaqallı məlumat yayılıb.

Futbolinfo.az xəbər verir ki, rus futbolçunun atası Dmitri Çerışev oğlunun DÇ-2018-dən əvvəl dopinqdən istifadə etdiyini deyib.

Rusiya Antidopinq Agentliyi, Ümumdünya Antidopinq Agentliyi ilə birgə məsələ haqda araşdırma apardıqlarını təsdiqləyib.

Çerışevin dopinqdən istifadə etdiyi rəsmən təsdiqlənsə, ona ciddi cəza verilə bilər.

Rusiya millisi ilə DÇ-2018-də 5 qarşılaşmaya çıxan Çerışev, bu oyunlarda 4 qolla yadda qalıb.

COP29

www.yenicag.az

1683
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv