!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya miqrantlardan YARIMADI: Afrikadan on min işçi GƏTİRİLİR

!Reklam – Yazi

Rusiyaya Afrikadan on min işçi gətiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Keniyanın Dövlət Evinin rəsmi nümayəndəsi Hüseyn Məhəmməd bildirib.

O bildirib ki, kadr çatışmazlığını aradan qaldırmaq üçün Keniyadan Rusiyaya 10 min işçi gətiriləcək.

Qara qitədən gələn ilk on min keniyalıların hansı sənayedə çalışacağını dəqiqləşdirməyib. Artıq Rusiyada 30 “afro-kənd” – Afrikadan gələn mühacirlər üçün qəsəbələr tikilib.

Pilot layihə Moskva və Tver bölgələrində başlamalıdır. Sonradan, Afrika Beynəlxalq Konqresinin və onun tərəfdaşlarının iştirakı ilə Rusiyanın digər bölgələrinə də genişləndiriləcək, onlar köçkünlər üçün cəlbedici şərait yaradacaqlar.

Ukraynada müharibənin yaratdığı rekord işçi çatışmazlığı və əhalinin qocalması fonunda Rusiya MDB ölkələrindən kənarda işçi miqrantları axtarır və nəzərlərini Afrikaya çevirib.

Keçən ilin payızında biznes ombudsmanı Boris Titov Rusiya prezidenti Vladimir Putinə Vyetnam, Tailand, Şimali Koreya və Mərkəzi Asiyadan və digər kənar ölkələrdən işçi qüvvəsinin cəlb edilməsi məqsədilə viza rejiminin və əmək miqrasiyası mexanizminin sadələşdirilməsi təklifi ilə müraciət edib.

Hazırda Ombudsmanın sözlərinə görə, Rusiya müəssisələrinin 54%-də kadr çatışmazlığı yaşanıb. Bu, Stolıpin İqtisadiyyat İnstitutunun sentyabr ayında keçirdiyi sorğunun nəticələridir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv