!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya müdafiə sənayesini zənginləşdirir – Yeni təyyarə təkmilləşdiriləcək

!Reklam – Yazi

“İlyushin Il-114-300” təyyarəsi döyüş hava platforması və ya elektron müharibə təyyarəsi kimi inkişaf etdirilə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “İlyushin” aviasiya şirkətinin “Il-114” proqramları direktoru İvan Kabatov “TASS İnformasiya Agentliyi”nə müsahibəsi zamanı qeyd edib.

“Təyyarə unikal performans xüsusiyyətləri ilə monitorinq, patrul və nəqliyyat daşınmalarından elektron müharibə, kəşfiyyat və döyüş əməliyyatlarına qədər genişmiqyaslı vəzifələri icra etmək, eləcə də hava platformalarının yaradılması üçün optimal texnologiyadır və biz bunu dəyərləndirəcəyik”, – deyə Kabatov əlavə edib.

Onun sözlərinə görə, RADAR-MMS tədqiqat-istehsal müəssisəsi “Il-114LL” laboratoriyası əsasən perspektivli radioelektron komplekslərin sınaqdan keçirilməsi və istifadəsi sahəsində geniş təcrübəyə malikdir.

“Havadaqalma və yerə eniş sürəti, geniş temperatur və hazırlıqsız aerodromlardan istifadəsi ehtimalı bu təyyarəni gələcək illər üçün vacib müdafiə sənayesi qurğusu kimi təkmilləşdirməyə əsas verir. “Il-114” həmçinin “Rusiyanın potensial silah alıcıları üçün cəlbedici olacaq”, – deyə Kabatov fikirlərini tamamlayıb.

Qeyd edək ki, “Il-114-300” əkiz mühərrik turboprop təyyarəsi 1980-ci illərdə hazırlanmış “Il-114” təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır.

COP29

www.yenicag.az

996
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv