Rusiya Odessaya PUA-larla hücum edib

media-hightechnic-468x90

Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Odessaya (Ukrayna) gecə saatlarında həyata keçirdiyi kütləvi hücum nəticəsində 18 nəfər zərər çəkib.

media-banner_tuq

Yenicag.az bu barədə “Report”un Ukrayna xəbər saytlarına istinadən verdiyi xəbərə əsasən məlumat verir. Bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

“Təəssüf ki, səhər saatlarına olan məlumata görə, 18 nəfərin zərər çəkdiyi məlumdur, onlardan doqquzu xəstəxanaya yerləşdirilib. Hamısına zəruri yardım göstərilir”, – o, Telegram kanalında qeyd edib.

Kiperin sözlərinə görə, hədəflərin əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Lakin dəymələr və qalıqların düşməsi nəticəsində onlarla mülki infrastruktur obyekti, o cümlədən çoxmərtəbəli və fərdi yaşayış evləri, mehmanxana, uşaq bağçası, inzibati bina, avtodayanacaq, xüsusi qarajlar və nəqliyyat vasitələri zədələnib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05