Rusiya qoşunları Ukrayna sərhədini tərk etməyib

media-hightechnic-468x90

ghfghftrdRusiya qoşunları Ukrayna sərhədini tərk etməyib, onlar 30 kilometrlik məsafədə dayanır.

Bunu Ukraynanın baş naziri Arseni Yasenyuk bəyan edib: “Rusiya müəyən hiyləgər addımları ilə guya qoşunlarını geri çəkməyi nümayiş etdirmək istəyir. Amma bu belə deyil. Faktiki olaraq isə bu qoşunlar geri çəkilməyib. Qoşunlar şərq sərhədlərimizin 30 km-də dayanır”.

Ölkənin şərqində baş verən gərginlik barədə məlumat verən baş nazir bildirb ki, hazirda Daxili işlər naziri Arsen Avakov və baş nazirin birinci müavini Vitali Yarema Xarkov və Donetskdədirlər: “Onlar oradakı vəziyyətlə bağlı olaraq Ukrayna hökuməti tərəfindən hazırlanmış çox dəqiq plan əsasında hərəkət edirlər. Gecə oradakı vəziyyətlə bağlı çox dəqiq bir plan hazırlamışıq. Planı həyata keçirmək üçün Avakov Xarkova, Yarema isə Donetskə gedib. Mən onlarla mütəmadi əlaqə saxlayıram. Bu baxımdan oradakı vəziyyətin necə inkişaf etməsi ilə bağlı məndə dəqiq informasiyalar var. Xarkovda hadisələr müəyyən qədər sakitləşib və ümid edirəm ki, digər bölgələrdə də qayda-qanun yarada biləcəyik”.

Bundan əlavə olaraq sabiq baş nazir Yuliya Timoşenko Donetskə yola düşüb. Orada Rusiya xüsusu xidmət orqanlarının köməyi ilə dövlət binalarının işğal edildiyi bildirilir(avropa.info).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600