Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya sanksiyalar girdabında boğulur - Ekspert rəyi

“The Wall Street Journal” antirusiya sanksiyalarının Rusiya iqtisadiyyatına, xüsusən də onun neft-qaz sənayesinə ziyan vurmadığını açıqlayıb. Maraqlıdır, Moskva sanksiyalardan yayına bilibmi? Yayınıbsa, buna necə nail olub?

İqtisadçı-ekspert Natiq Cəfərli Oilgas.az-a açıqlamasında “The Wall Street Journal” ın sözügedən fikirlərilə razılaşmadığını bildirdi. Ekspertin fikrincə, sanksiyalar Rusiya iqtisadiyyatına əsaslı zərbə vurub:

“Rəsmi rəqəmlər də göstərir ki, Qərbin Moskvaya tətbiq etdiyi sanksiyaların şimal ölkəsinə ciddi təsirləri olub. Sanksiyalar fonunda Rusiyadan xaricə ciddi kapital axını baş verdi. Son 3 ildə Rusiyadan təxminən 500 milyard dollara yaxın vəsait çıxıb. Hansı ki, kapital axınının özü iqtisadiyyata vurulan ən böyük zərbələrdən biridir. Son iki ildə Rusiyada ümumdaxili məhsul azalır. Bu proses özünü 2014-2015-ci illərdə daha kəskin şəkildə göstərib. 2016-cı ildə isə səngiyərək, 1 faiz həcmində oldu. Ölkənin bank sektoru ciddi problemlər içində çapalayır. Son iki ildə 100-ə yaxın bank fəaliyyətini dayandırmalı olub.

Hətta bağlanan banklar arasında ilk yüzlüyə düşənlər də var. Bu da onunla bağlı idi ki, həmin banklara xaricdən vəsait cəlb edilməsinə qadağa qoyulub. Hesablamalar da onu göstərir ki, sanksiyaların Rusiya iqtisadiyyatına mənfi mənada birbaşa təsirləri təxminən 140 milyard dollara çatıb. Neft-qaz sənayesində isə sanksiyaların təsiri təbii ki, daha azdır. Çünki bu sektor beynəlxalq müqavilələrlə bağlıdır. Həmin beynəlxalq müqavilələrin sanksiyalardan öncə bağlandığını nəzərə alaraq, bu əsasda iş görməyə imkanlar da yaradılıb. Məhz bu səbəbdən sanksiyaların neft-qaz sektoruna ciddi təsirləri olmayıb. Bu sahədə işlədilən texnologiya və texnikalar da əsasən Qərbdədir. Qərb şirkətlərinə də bu mənada sərf edir ki, Rusiyaya həmin texnologiyaları satmaqla neft-qaz sektorunda maliyyə vəsaitləri əldə etsinlər. Ona görə də neft-qaz sektoru xaric digər sahələrdə sanksiyaların Rusiyaya ciddi təsirləri olub və bu gün də davam edir. Təsir davamlı şəkildə olacaq. İki il yarım öncə rublun dollara nisbətən məzənnəsi 25-30 rubl arasında var-gəl edirdi. İndi isə 1 dollar 58-59 rubla bərabərdir. Bir vaxtlar isə hətta 80 rubla çatmışdı”.

Samir

Yeniçağ.az

www.yenicag.az

434
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100