“Onların əsas funksiyası bölgədə atəşkəsə riayət olunmasını təmin etməkdən ibarət idi”.
Bu fikirləri Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində separatçi rejimin məhv edilməsi fonunda bölgədə Rusiya sülhməramlı kontingentinə ehtiyac dərəcəsini qiymətləndirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.Ekspertin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin Qarabağda mövcudluğuna artıq heç bir ehtiyac qalmayıb:
“Onların indiki fəaliyyəti sadəcə, formal xarakter daşıyır. Çünki Rusiya hərbi kontingentinin əsas vəzifəsi Azərbaycan ilə Qarabağdan çıxarılmayan Ermənistan silahlı qüvvələrinin hissə və bölmələri arasında atəşkəsə nəzarət etməkdən ibarət idi. Azərbaycanın 24 saatlıq antiterror əməliyyatlarından sonra hazırda ərazidə nə Ermənistan silahlı qüvvələrinin töküntüləri, nə də onların silah və hərbi texnikaları qalıb. Belə bir şəraitdə Rusiyanın şimal məsuliyyət zonasında yerləşən ən azı 12 müşahidə məntəqəsindən şəxsi heyətini çıxarması rusların ərazini tərk etməyə hazırlaşdığını göstərir. Rusiya kontingentinin növbəti Zəfər bayramına qədər Azərbaycan ərazilərini tamamilə tərk edəcəyi gözlənilir”.
Nəsimi Ələsgərli
www.yenicag.az