Rusiya Suriyanı yenidən Əsədə verəcək?

media-hightechnic-468x90

 Suriya Prezidenti Bəşər Əsəd bir il içində ölkədə vətəndaş müharibəsinin bitəcəyini söyləyib.

turkiye-saldiri-tehdidi-altinda-iran-rusya-esed-essed-esad-putin-ruhani-hamaney-nasrallah-humeyni-istihbaratiDəməşqə səfər edən Rusiyanın sabiq baş naziri Sergey Stepaşinlə birlikdə mətbuat konfransı keçirən Əsədin bu sözləri təəccüb doğurub.

O, bir ilə Suriyadakı bütün terrorist qrupları ölkədən siləcəklərini bildirib.

Maraqlıdır ki, faktiki olaraq, bir neçə yerə bölünən Suriyada hələ də vətəndaş müharibəsi davam edir.

Belə olduğu təqdirdə Əsədin bu açıqlaması Rusiyanın yeni planından xəbər verir. Çünki Bəşər Əsədin bu günə qədər dirənişinin arxasında İranla bərabər Rusiyanın olduğu şəksizdir.

Onu da qeyd edək ki, bu gün Livanın “əl-Safir” qəzetinə müsahibə verən Livan Hizbullahının lideri Şeyx Həsən Nasrallah da “Suriya rejiminin çökəcəyi ilə bağlı artıq heç bir təhdid yoxdur. Biz Suriyanın bölünməsi ilə bağlı təhdidləri də arxada qoyduq” söyləyib.

Artıq Əsədi silahla devirməyin mümkünsüzlüyünü bütün dünyanın qəbul etdiyini deyən Nasrallah bundan sonrakı mərhələdə Rusiyanın çox önəmli rol oynayacağını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600