!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynada bu şəhəri işğal etmək İSTƏYİR: “Ona görə Suriyadan imtina etdilər”

!Reklam – Yazi

 

“Rusiyanın məqsədi öz ərazisini bərpa etmək və işğal etdiyi əraziləri əlində saxlamaqdır”.

Bu fikri Rusiya-Ukrayna müharibəsi, Qərbin atacağı addımlar və sahədəki vəziyyəti Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun fikrincə, Rusiya üçün əsas hədəf Ukrayna cəbhəsində uğur qazanmaqdır:

“Rusiya Suriyadan tam çıxmayıb, ancaq orada qalma ehtimalı da azdır. Ukrayna cəbhəsinə görə ruslar Suriyadan imtina etdilər. Rusiya milyardlara pul yatırmışdı, bundan da imtina etdi. Rusiyanın əsas məqsədi Ukrayna cəbhəsində uğur qazanmaqdır. Axıra kimi bu uğuru qazana biləcək mi, bu sual altındadır”.

Analitik əmindir ki, bütün dünya Rusiyaya qarşıdır:

“Putin hakimiyyəti isə Ukraynadan geri çəkilmək fikrində deyil, onu parçalamaq istəyir və dənizsiz dövlət etmək niyyətindədir. Rusların əsas məqsədlərindən biri Odessanı işğal etməkdir. Buna nail ola biləcəyi isə sual altındadır. Trampın əsas məqsədi isə Rusiya-Ukrayna müharibəsini dayandırmaqdır. Ona görə də Rusiya maksimum əraziləri işğal etmək istəyir. Kursk istiqamətində də döyüşlər qızışıb. Rusiyanın məqsədi öz ərazisini də bərpa etmək və işğal etdiyi əraziləri əlində saxlamaqdır. Trampın gəlişindən sonra çox məsələlərə aydınlıq gələcək”.

Səxavət Məmməd

www.yenicag.az

144
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv