Rusiya ukraynalıları deportasiya etməkdə hədələyir

media-hightechnic-468x90

Rusiya nəzarətində olan ərazilərdə hakimiyyət insanları Rusiya vətəndaşı olmağa məcbur edir.

Yenicag.az xəbər verir ki, bu haqda İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında məlumat verilib.

Xerson sakinlərinə Rusiya pasportu olmayanların deportasiya ediləcəyi və əmlaklarının müsadirə ediləcəyi barədə xəbərdarlıq da edilib.

Hesabata görə, pasportlaşma Ukraynanın işğal olunmuş ərazilərinin ruslaşdırılmasında alət kimi istifadə edilir:
“Rusiya xüsusilə 2024-cü il prezident seçkiləri öncəsində işğalı bir uğur olaraq göstərmək istəyir. Pasportlaşdırma, Ukraynanın işğal altındakı bölgələrinin Rusiyanın bürokratiyasına inteqrasiyasını asanlaşdıra bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600