!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və İran ticarətdə kriptovalyutaya keçə bilər

!Reklam – Yazi

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən İran vətəndaşları son aylarda kriptovalyuta alışına 2,5 milyard dollar xərcləyib.

Yenicag.az  xəbər verir ki, bu barədə açıqlama İran hökumətindən verilib. Əsas səbəb kimi isə daha çox milli valyuta olan rialın dəyər itirməsi göstərilir.

Belə ki, məhdudiyyətlərdən sonra İranda 1 dollar hazırda 85 min riala satılır. Aprel ayında isə bu rəqəm 57 min 500 rial olub. Hazırda kriptovalyutalar ölkədən kapital axınının əsas mənbəyinə çevrilib.

Bu arada İran parlamenti İqtisadiyyat Komitəsinin sədri Məhəmməd Reza Porebrahimi hökumətin Rusiya da daxil olmaqla, digər ölkələrlə ticarətdə dolların təsirindən çıxmaq üçün kriptovalyutadan istifadə imkanlarını nəzərdən keçirdiyini açıqlayıb. (lent.az)

COP29

www.yenicag.az

4382
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv