Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı

media-hightechnic-468x90

Kiyevin Rusiya aerodromlarına hücumların nəticələri ilə bağlı açıqlamaları əsassızdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Biz Rusiya Müdafiə Nazirliyinin kanalları vasitəsilə yayılan məlumatları izləməliyik”, – diplomat vurğulayıb.

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin aerodromlara hücumları nəticəsində Rusiyaya dəyən zərər barədə Ukrayna prezidenti Vladimir Zelenski “Reuters” agentliyinə yalan danışıb. Mənbələrin məlumatına görə, hücum zamanı 20-yə yaxın hərbi təyyarə zədələnib, 10-u məhv edilib.

“Bu fikirlər tamamilə əsassızdır”, – Rusiya XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, bundan əvvəl “Hörümçək toru” kod adlı əməliyyat nəticəsində Ukrayna xüsusi xidmət orqanları Rusiya strateji aviasiyasının 40-dan çox bölməsini sıradan çıxarıb, onlardan 10-dan 13-ə qədəri tamamilə məhv etdiyini açıqlamışdı. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05