!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşdü

!Reklam – Yazi

Rusiyanın Novosibirsk vilayətinin Toquçin şəhərində yaşayan azərbaycanlı ailənin 4 üzvü itkin düşüb.

Yenicag.az xəbər verir ki, bunlar 2000-ci il təvəllüdlü Rüstəmov Ruslan Rüstəm oğlu və 2002-ci il təvəllüdlü Rüstəmov Vadim Rüstəm oğlu qardaşları, onların ögey bacıları 2011-ci il təvəllüdlü Rüstəmova Ruslana Rüstəm qızı, qardaşların analığı Vorontsova Nataliya Qriqoriyevnadır.

Şəhərə bitişik qəsəbələrin birində yaşayan ailə üzvləri dekabrın 14-də qonaq getdikləri Tatarsk şəhərindən geri qayıdarkən onlarla əlaqə kəsilib. Onların üzərlərindəki telefonların da yerini müəyyən etmək mümkün deyil. Ailənin başçısı Rüstəm Rüstəmov uzun müddətdir Rusiyada yaşayır və bizneslə məşğuldur./Report/

www.yenicag.az

1850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv