!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada bu saytlar "xarici agent" sayılacaq - Deputatlar səs verdi

!Reklam – Yazi

Rusiya Dövlət Duması əcnəbi medianın “xarici agent” kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün Dövlət Dumasının keçirilən iclasında qanuna düzəlişlər ikinci oxunuşda qəbul olunub.

Qanun layihəsinin lehinə 411 deputat səs verib.

Yeni qanun layihəsinə görə, xaricdən maliyyələşən əcnəbi KİV Rusiyada “xarici agent” kimi tanına bilər. Düzəlişlər Rusiyada qadağan olunmuş saytların məhkəmə qərarı olmadan bloklanmasına dair qanun layihəsinə də şamil olunacaq.

Qanun layihəsinin müəllifləri Dumanın spikeri Vyaçeslav Volodin, Dumanın dörd fraksiyasının liderləri və parlamentin bir sıra komitə sədrləridir. Qanun layihəsində konkret nəşrlərdən və ya telekanallardan söhbət getmir. Əcnəbi KİV-in “xarici agent” kimi tanınması haqqında qərarı Rusiya Ədliyyə Nazirliyi qəbul edəcək.

Dumanın vitse-spikeri Pyotr Tolstoy səsvermədən öncə bu düzəlişlərin ABŞ-ın “Rossia Today” kanalının “xarici agent” kimi qeydiyyata alınması tələbinə cavab tədbiri olduğunu xatırladıb. Onun fikrincə, yeni qanun layihəsi söz azadlığına heç bir təsir göstərməyəcək.

Qanun layihəsinə Rusiya Federasiya Şurasında baxılacaq.

www.yenicag.az

2267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv