Rusiyada FACİƏ - Ailə üzvləri yanaraq HƏLAK OLDULAR

media-hightechnic-468x90

Rusiyanın Xakasiya Respublikasının Askizski rayonunun Ust-Çul kəndində baş verən yanğında biri uşaq olmaqla 4 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin məlumatında deyilir. Yanğının gec müəyyən edilməsi onun güclənməsinə səbəb olub.

Gecə saatlarında baş verən yanğında 49 yaşlı qadın, onun həyat yoldaşı, 25 yaşlı qızı və 6 yaşlı nəvəsi həlak olublar.

Yanğının başvermə səbəbləri araşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600