Rusiyadan itən təyyarə ilə bağlı şok açıqlamalar
Rusiya kəşfiyyatı itən Malaziyaya məxsus “Boinq 777” təyyarəsi ilə bağlı şok faktları açıqlayıb.
Rus kəşfiyyatı təyyarənin qəzaya uğramadığını, qaçırıldığını bildirir.
Kəşfiyyat qeyd edir ki, itən təyyarə Pakistanda yeraltı dayanacağda saxlanılır. Təyyarədə olan 239 sərnişinin vəziyyəti yaxşıdır. Təyyarəni qaçıran şəxsin ləqəbi “Heç kim”dir. “Heç kim” ləqəbli şəxsə 20 nəfər yardım edir və yüksək təlim görmüş şəxslərdir.
Digər yandan Malaziya və Avstraliya təyyarənin axtarışını davam etdirirlər. Bu yaxınlarda Avstraliya Hind okeanından 2 dəfə siqnal alıb və həmin bölgədə axtarışlar aparır. Belə ki, onlar təyyarənin yaxın zamanda tapılacağını bildirirlər.
Xatırladaq ki, itən təyyarə Malaziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçurdu. Təyyarənin yoxa çıxmasından 33 gün keçir(axar.az).