Rusiyadan “POMİDOR SİYASƏTİ” – Daxili bazardakı qiymətlər DÜŞƏCƏK, YOXSA...

media-hightechnic-468x90

“Pomidorun Rusiyaya ixracının əngəllənməsi daxili bazarda bu məhsulun ucuzlaşmaya səbəb olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif  Nəsirli Rusiyanın Azərbaycan məhsullarında fitosanitar tələblərin pozulduğunu əsas gətirərək Azərbaycandan pomidor idxalına qoyduğu qadağaya münasibət bildirərkən deyib.

Rusiyanın bu addımının siyasi təzyiq olduğunu əsas gətirən ekspert bu qadağanın Azərbaycanın daxili bazarında qiymətlərə mənfi təsir etməyəcəyini, əksinə ucuzlaşmaya səbəb olacağını bildirib:

“Rusiyanın pomidorun ixracını əngəlləməsi onun şıltaqlığıdır. Bu da Azərbaycana siyasi təzyiqdir və bundan siyasi rıçaq kimi istifadə edir. Pomidorun Rusiyaya ixracının əngəllənməsi daxili bazarda bu məhsulun ucuzlaşmaya səbəb olacaq. Bahalıq müşahidə olunmayacaq. Çünki Rusiya tərəfindən qayıdan pomidor Azərbaycanın daxili bazarında satılacaq”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600