Rusiyanın Kiyevə hücumu nəticəsində ölən və yaralanan var - YENİLƏNİB
Rusiyanın gecə saatlarında Kiyev vilayətinə hücumu nəticəsində 1 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” baş nazirin bərpa məsələləri üzrə müavini – Ukrayna icmalar və ərazilərin inkişafı naziri Aleksey Kulebanın açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin müxtəlif rayonlarında yanğınlar və dağıntılar qeydə alınıb. Yaşayış binaları və mülki infrastruktur obyektləri zərbəyə məruz qalıb./Report/
***
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, hazırda hücum nəticəsində 16 nəfərin yaralandığı məlumdur.
Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Darnitski rayonunda çoxmərtəbəli bina uçub.
Xilasedicilərin yaralıların tapılması üçün axtarış-xilasetmə işləri gördüyü bildirilir./APA/













