!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın terror şəbəkəsi, yoxsa... – “Şimal sərhədlərimizi möhkəmləndirməliyik”

!Reklam – Yazi

“Şimali Qafqazda baş verən proseslərin Azərbaycana sıçraması mümkündür”.

Bu sözləri Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirilməsi və rəsmi Bakının atmalı olduğu addımları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan şimal sərhədini möhkəmləndirməlidir:

“Zamanında ləzgi millətçiliyi adı altında “Sadval” Azərbaycana qarşı fəaliyyət göstərirdi. Bunun arxasında Rusiya dayanırdı. Azərbaycanla Rusiya münasibətləri normallaşandan sonra Rusiya “Sadval”ın hərbi fəaliyyətini zəiflətdi və onları sözdə “siyasi mübarizə” aparmaq üçün ofislərə çəkdi. Ancaq “Sadval” tamamilə bitmiş deyil. Onlar müxtəlif adlar adı altında dağlara çəkilib və orada fəaliyyət göstərirlər. Ancaq onların gücü çox deyil”.

“Şimali Qafqazda mürəkkəb proseslər gedir. Rusiya özü avarlarla ləzgiləri birləşdirmək istəyir. Buna nə qədər nail olacaqlar, bunu gələcəkdə görəcəyik. Bəzən o qruplar Rusiyanın özünə də ciddi problemlər yaradırlar. Azərbaycan tərəfi şimal sərhədini möhkəmləndirməli, oraya əlavə qüvvələr cəlb etməlidir. Çünki Şimali Qafqazda baş verən proseslərin Azərbaycana sıçraması da mümkündür”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

90
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv