Rusiyanın Ukraynada HƏRBİ CİNAYƏTLƏRİ – SOYQIRIMI haqqında ilk qərarlar verildi

media-hightechnic-468x90

Latviya və Estoniya parlamentləri Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri yerli xalqa qarşı soyqırımı kimi qiymətləndirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Latviya və Estoniya parlamentlərinin mətbuat xidmətləri yayıb.

Məlumata görə, adları çəkilən Baltik dövlətlərinin parlamentlərinin bəyanatında Rusiyanın Ukrayna xalqına qarşı soyqırımı törətdiyi qeyd olunub.

Latviya və Estoniya Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri rəsmən soyqırımı kimi qiymətləndirən ilk ölkələr olub.

Latviya Seyminin bununla bağlı qəbul etdiyi bəyanatda Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüz pislənib:

“Seym Rusiyanın Belarus rejiminin dəstəyi və iştirakı ilə Ukraynaya qarşı hərbi təcavüzünü və genişmiqyaslı müdaxiləsini qətiyyətlə pisləyir. Rusiyanın əsassız hərbi müdaxiləsi Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün, o cümlədən Rusiyanın BMT Nizamnaməsi və beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600