“Rusiyanın Ukraynasız dünyada vəziyyəti yaxşı ola bilməz”
Sabiq Ukrayna prezidenti Leonid Kuçma Rusiyanı Minsk razılaşmasını kobud şəkildə pozmaqda günahlandırıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, Kuçma verdiyi açıqlamada deyib ki, ruslardan razılaşmadan sonra müharibəni davam etdirdi və nəticədə yüzlərlə əsgər döyüş meydanında qaldı.
Onun sözlərinə görə, Rusiyanın Ukraynasız dünyada vəziyyəti Ukrayna ilə bir yerdə olduğu kimi yaxşı ola bilməzdi: “Buna görə də Rusiya başlıca olaraq kraynanı Avropa Birliyinə buraxmamaq və inkişaf edən iqtisadiyyatının özünə nümunə olmasına imkan verməmək xəttini tutdu”.
Kuçma həmçinin Minsk razılaşmasında iştirak edən ölkələri Rusiyanın hərəkətlərinə yetərincə reaksiya verməməkdə günahlandırıb.