!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Vardanyan fiqurundan "imtinası": "Bu, Paşinyanın hələ hakimiyyətdə qalacağının mesajıdır" - ŞƏRH

!Reklam – Yazi

“Vardanyanın “vəzifə”sindən azad edilməsi Paşinyanın hələ bir müddət Ermənistanda hakimiyyətdə qalacağı ilə bağlı Rusiya tərəfindən verilmiş mesajdır”.

Bunu Vardanyanın vəzifəsindən uzaqlaşdırılmasında Rusiyanın maraqlarından danışan politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Vardanyanın “vəzifə”dən uzaqlaşdırılmasında Paşinyanın da, Rusiyanın da maraqları var.

“Vardanyanın “vəzifə”dən uzaqlaşdırılmasında Paşinyanın maraqları var. Paşinyan haqlı olaraq Ermənistan hakimiyyətinə qarşı mübarizədə Vardanyanın Rusiyanın istifadə edəcəyi kart ola biləcəyini düşünürdü. Rusiya Sərkisyan və Köçəryanın erməni ictimaiyyətinə təsirinin zəif olduğunu anlayırdı. Bu səbəbdən Rusiyaya yeni siyasətçi, Ermənistanın korrupsiya bataqlığına batmayan şəxs lazım idi. Bu da Vardanyan ola bilərdi.

Görünür Paşinyana münasibətdə Rusiya da sakitləşdirmə siyasətinə üstünlük verib. Və indiki mərhələdə Ermənistan iqtidarı ilə münasibətlərdə gərginliyi dərinləşdirməyin tərəfdarı olmayıb. Vardanyanın vəzifəsindən azad edilməsi Paşinyanın hələ bir müddət Ermənistanda hakimiyyətdə qalacağı ilə bağlı Rusiya tərəfindən verilmiş mesajdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv