!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar Kurskda əks-hücuma keçdi – Ukraynalılar bu kəndi geri qaytarmağa çalışırlar

!Reklam – Yazi

Ruslar hazırda Sudjanın bəzi mərkəzi və şərq hissələrini hələ də əllərində saxlayır, ukraynalılar isə ərazidə əməliyyatları davam etdirirlər.

Yenicag.az xəbər verir ki, bu barədə finlandiyalı hərbi ekspert Emil Kastehelmi özünün “X” hesabındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, Kursk vilayətinin Martınovka kəndində ruslar əks-hücuma keçib və çox güman ki, ukraynalıları kənddən sıxışdırıb çıxarıblar.

Ekspert bildirir ki, ukraynalılar kəndi geri qaytarmağa çalışırlar:

“Korenevo kəndi istiqamətində isə ukraynalılar ən azı böyük qüvvə ilə kəndə daxil ola bilməyiblər. Rusiya hələ də cəbhə xəttinə və ya dövlət sərhədinə möhkəm nəzarət etmir.

Məsələn, dünən axşam saatlarında bir çox rus kanalları ukraynalıların Belitsa kəndi istiqamətində dərin əməliyyatlar apardıqları barədə məlumat verib. Sabotaj və kəşfiyyat qrupları hələ də başqa yerlərdən keçə bilirlər”.
Fin mütəxəssis əmindir ki, Kursk hücumunun ümumi vəziyyəti o qədər də yaxşı görünmür:

“Bir həftə davam edən döyüşlərdən sonra nə Korenevo kəndi, nə də Sudja qəsəbəsi tam olaraq Ukraynanın nəzarətində deyil və ruslar da, çox güman ki, şimal istiqamətindəki hücumun qarşısını kəsiblər. Kurskdakı “Kurçatov” AES-ə hücum da tam dəf edilib. Eyni zamanda, Ukrayna hərbçiləri bir çox müasir texnikaları qoyaraq geri çəkilib. Bu çox arzu olunan vəziyyət deyil, lakin Ukrayna üçün də vəziyyəti hələlik o qədər də faciəvi saymaq olmaz. Onlar Rusiyanın əks-hücumlarına baxmayaraq, əldə etdikləri ərazilərin çoxunu hələ də saxlayırlar”.

Hərbi ekspert həmçinin yazısında qeyd edib ki, daha çox Rusiya gücləndiriciləri gəldikdən sonra əməliyyat uğuruna nail olmaq getdikcə çətinləşir və sürpriz elementi üçün daha az yer qalır.
“Xüsusilə Ukraynanın şərqində vəziyyət hələ də çətin olduğu üçün daha çox qoşun yeritmək də riskləri artırır. Ukraynanın tezliklə Rılsk və ya Qluşkovo qəsəbələrinə hücum edəcəyi ilə bağlı Rusiyada şayiələr yayılıb. Ukraynalılar orada müəyyən uğur qazana bilərdilər, lakin ümumi vəziyyətə məhdud təsir olardı. Digər tərəfdən, Rusiya Ukraynanın istədiyi kimi, Donbasdan heç bir qoşunları geri çəkməyib və rus əsgərləri burada maneəsiz irəliləyir”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv