Rüşvətdə ittiham olunan bölük komandirinə hökm oxundu

media-hightechnic-468x90

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri Kazım Həsənovun məhkəmə prosesi başa çatıb.

Yenicag.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Həsənova 5 il şərti cəza verilib.

Qeyd edək ki, K. Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir. İttihama əsasən, K.Həsənov hərbi hissədən bir neçə saatlıq buraxılış üçün hər əsgərdən 30-40 manat rüşvət alıb.

İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa