Rza Zərrab təzminat tələb etdi

media-hightechnic-468x90

78589Azərbaycan əsilli iş adamı Rza Zərrab CHP millət vəkili Sezgin Tanrıqulu haqqında məhkəməyə müraciət edərək mənəvi təzminat tələb edib.

Rza Zərrabın təzminat tələb etməsinə səbəb isə ötən ilin dekabrında Türkiyədə aparılan korrupsiya əməliyyatı olub. Sezgin Tanrıqulu əməliyyat zamanı həbs edilən Rza Zərrab haqqında hökumətdən şəffaflıq açıqlaması tələb edib. Millət vəkili Rza Zərrabın təzminat iddiasına belə açıqlama verib:

“Rza Zərrab haqqında milli məclisdə hökumətdən 14 suala cavab tələb etmişəm. O, hər bir sual üçün 5 min olmaqla 70 min TL (30 min manat) tələb edir. Göründüyü kimi, Zərrab itirdiyi pulları qaytarmaq istəyir. Qanunun aliliyi mənim üçün hər şeydən üstündür. Millət vəkili olaraq bu günə qədər verdiyim bütün təklif kimi Rza Zərrab haqqında da tələb etdiyim suallar yalnız ədalətin bərpası üçün olub”. (azar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600