Sabah 11 dərəcə isti olacaq

media-hightechnic-468x90

Gunesh isti havaYanvarın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600