Sabah Bakıya yağış yağacaq, dağlara qar düşəcək – HAVA PROQNOZU
Aprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, paytaxtda və bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunacaq.
Yenicag.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var, lakin gündüz saatlarında yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10°, gündüz 14-17° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm-dən 766 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 65-75% olacaq.
Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv olacağı ehtimalı var, lakin axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 6-9°, gündüz 14-19° isti, dağlarda isə gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.
Yenicag.az













