Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabah bu rayonlarda qaz olmayacaq

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xətti üzərindəki qaz tənzimləyicinin əvəzlənməsi, yeni çəlikmiş 200mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və qaz sızmalarının ləğv olunması ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

“Azəriqaz” İB -dən verilən məlumata görə, görulən işlər zamanı Yasamal, Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Çiçək və Müşviqabad qəsəbəsi, həmçinin Xırdalan şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

Yenicag.az

www.yenicag.az

625
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100