Sabah hava necə olacaq?
Martın 24-də Bakıda və Abşeron yarımadasında hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, sabahın havası belə olacaq:
Hava şəraiti: Dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış və şimşək çaxması ehtimalı var.
Külək: Mülayim cənub-qərb küləyi əsəcək, axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Temperatur:Gecə: 6-8° isti
Gündüz: 15-20°, bəzi yerlərdə 22° isti
Atmosfer təzyiqi: Normadan aşağı olub, 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək.
Nisbi rütubət:Gecə: 70-80%
Gündüz: 50-55%
Martın 24-də Azərbaycanın rayonlarında hava proqnozu:
Hava şəraiti: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.
Külək: Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Temperatur:Gecə: 3-8° isti
Gündüz: 13-18° isti
Dağlarda gecə: 3-8° şaxta
Dağlarda gündüz: 0-3° şaxta