Sabah iki rayonda qaz olmayacaq

media-hightechnic-468x90

Sabah Biləsuvar rayonunun 11 kəndində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan daşıyıcı qaz xətlərində 27 sentyabr saat 10:00-dan başlayaraq işlər başa çatana qədər aparılan təmir-yoxlama və kipliyə sınaq işləri ilə əlaqədar rayonun Bağbanlar, Çinarlı, Aranlı, Çaylı, Günəşli, Ağayrı, İsmətli, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbarı kəndlərinə (ümumilikdə 5 222 nəfər abonent) təbii qazın verilişi dayandırılacaq.

Həmçinin, sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək “Günəşli” QPS-dən qidalanan yeraltı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar Cəlilabad rayonunun Şiləvəngə, İnili, Şabanlı, Təklə, Babalı, Cəlayir, Qasımbəyli, Abışabad və Abazallı kəndlərinə (ümumilikdə 1 226 abonent) təbii qazın verilişində fasilə yaranacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05