“Sabah” “İnter”in sabiq hücumçusunu transfer etdi

media-hightechnic-468x90

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Əlcəzair millisinin hücumçusu İshak Belfodillə anlaşma əldə olunub.

31 yaşlı forvardla yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, İshak Belfodil karyerası ərzində Fransanın “Lion”, İtaliyanın “Bolonya”, “Parma”, “İnter” və “Livorno”, Birləşmiş Ərəb Əmirliklərinin “Bani Yas”, Belçikanın “Standard”, Almaniyanın “Verder”, “Hoffenhaym” və “Herta” klublarında çıxış edib. O, son olaraq Qətərin “Əl-Qarafa” komandasının formasını geyinib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa