“Sabah” – “Levski” oyununa bu qədər bilet satıldı
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) oyununa satılan bilet sayı açıqlanıb.
Bakı klubunun mətbuat xidmətindən Yenicag.az-a verilən nəlumata görə, qarşılaşmaya 5 000 bilet satılıb.
Qeyd edək ki, “Sabah” – “Levski” görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.
Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.