!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sabah” “Səbail”i böyük hesabla məğlub etdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, turun son matçında “Sabah” və “Səbail” komandaları üz-üzə gəliblər.

Ölkə kubokunun 1/4 final mərhələsində rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Sabah” bunun revanşını böyükhesablı qələbə ilə alıb. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. Coy Lens Mikels 4-cü dəqiqədə, Davit Volkov isə 10-cu və 31-ci dəqiqələrdə fərqlənib. Qarşılaşmanın 68-ci dəqiqəsində “Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabal qırmızı vərəqə ilə cəzalandırılıb. 79-cu dəqiqədə isə qonaq komandanın kapitanı Rahid Əmirquliyev meydandan qovulub.

İkinci hissədə rəqib qapısına daha bir dəfə yol tapan “Sabah” meydanı 4:0 hesablı qalibiyyətlə tərk edib. Son nöqtəni 83-cü dəqiqədə Emmanuel Apeh qoyub.

Bu nəticə ilə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” xallarının sayını 52-yə çatdırıb. Sonuncu yerdə gedən “Səbail”in isə aktivində 13 xal var.

Turun digər oyunlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”ı öz meydanında (2:0), “Turan Tovuz” isə “Şamaxı”nı səfərdə (1:0) məğlub edib.

Qeyd edək ki, Premyer Liqada XXII turun oyunları fevralın 10-12-si aralığında keçiriləcək./Report/

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv