!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah üç rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

!Reklam – Yazi

Sabah Bakının Sabunçu rayonu və Şamaxı, Kürdəmir rayonlarında qaz kəsiləcək.

Bu barədə Yenıcag.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qidalanan qaz xətləri üzərində və “Sığırlı” ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

COP29

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv