Sabahdan Azərbaycanda küləyin səngiməsi gözlənilir

media-hightechnic-468x90

plpSabah gündüzdən etibarən Azərbaycanda müşahidə olunan küləyin səngiməsi və hava şəraitinin mülayimləşməsi gözlənilir.

media-banner_tuq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, iyunun 25-dən etibarən ölkə ərazisində külək səngiyəcək.

Onun sözlərinə görə, sabah günorta saatlarından və iyunun 26-dan havanın temperaturu yüksələcək. Artıq iyunun 26-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 34-35 dərəcəyə çatacağı gözlənilir.

Küləyin güclənməsinin səbəblərinə gəlincə, U.Tağiyeva qeyd edib ki, sinoptik xəritələrin araşdırılması Qara dəniz rayonlarından antisiklon, yüksək təzyiq sahəsinin Xəzərə doğru hərəkət etdiyini göstərib: “Eyni zamanda Xəzərin cənubuna İran ərazisindən siklon – alçaq təzyiq sahəsi yönəlirdi. Bu iki hava kütləsinin ölkə ərazisində qarşılaşması burada təzyiq fərqini artırıb, küləyin güclənməsini şərtləndirib. Bu gözlənilən bir proses idi. Ayın 20-nə olan proqnozlarda iyunun 22-23-də müşahidə olunan güclü külək haqqında məlumat verilib və proqnozlarda göstərilib. Məlumatlara əsasən, iyunun 22-si gün ərzində və 23-ü axşamadək ölkə ərazisində müşahidə olunan küləyin sürətinin 28-30 m/s, bəzi ərazilərdə 33-35 m/s-dək şiddətlənəcəyi gözlənilirdi. Sadəcə, bu, digər proseslərdən fərqli olaraq bir qədər davamiyyəti olub. Artıq 3-cü gündür ki, Bakıda və rayonlarda güclü külək əsir. Bu günlərdə havanın temperaturu da 30 dərəcədən yüksək olmayıb. Lakin artıq bu günə küləyinin sürəti ayın 22-si ilə müqayisədə bir qədər azalıb. Belə ki, bu gün artıq küləyin sürəti 25 m/s-dən artıq deyil. Sabah gündüzdən etibarən isə bu küləyin səngiməsi gözlənilir. Küləyin sürəti bu günlə müqayisədə xeyli mülayimləşəcək və havanın temperaturu nisbətən yüksələcək”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05